2025-ci ildə həmişəlik itirəcəyimiz avtomobillər
25-10-2024, 18:57
Avtomobil istehsalçıları sistematik olaraq məhsul xətlərini tənzimləyir və bəzən olduqca maraqlı modelləri istisna edirlər.
Autonews.ru hansı modellərlə vidalaşacağımızı araşdırıb.
Benzin "içənlərə" (hot-heç) əlvida
Qərbdə ekoloji standartların sərtləşdirilməsi bir sıra avtomobil şirkətlərinin bir zamanlar məşhur olan yüksəkgüclü benzin mühərrikli modellərin istehsalını dayandırmaq qərarına gətirib çıxardı. Şəhər "hot-heç"lərinin çoxsaylı pərəstişkarının təəssüfünə səbəb olan bu modellərin çoxu tarixə qovuşacaq. Bunların arasında ABŞ istehsalı olan "Chrysler 300C", "Dodge Challenger" və "Dodge Charger" var. Düzdür, "Chrysler" heç olmasa elektromobilə çevriləcək, "Dodge"dan olan poni-karlar isə, görünür, əbədi olaraq tarixə qovuşacaq.
Oxşar tale "Nissan GT-R" yapon idman kupesini də gözləyir, onun yerini 1360 at qüvvəsi olan güc qurğusu ilə "Hyper Force" prototipi əsasında yaradılmış elektrifikasiya olunmuş superkar tutacaq. "Ferrari" model xəttini yeniləyərək, "Ferrari 812 Competizione" və "Ferrari SF90 Stradale" modellərini müvafiq olaraq yeni "bolid"lərlə - "Ferrari 12Cilindri" və "Ferrari F250" ilə əvəz edəcək. Britaniyanın "Jaguar"ı isə "isti" "Jaguar F-Type"ı model sırasından alternativsiz çıxarmağa qərar verib.
Qlobal təmizləmə
Yeri gəlmişkən, "Jaguar" məhsul xəttinin islahatına total yanaşaraq "Jaguar XE", "Jaguar XF" modellərini və daha sonra hazırda brendin ən çox tələb olunan avtomobili olan "Jaguar F-Pace" krossoverini də aradan qaldırıb. Gələn ildən şirkət yalnız elektromobillər istehsal etməyi planlaşdırır.
"Bentley" də oxşar yol seçib. Lakin o qədər də radikal deyil. Güclü W12 benzin mühərriklərinin əvəzinə britaniyalılar V-formalı "səkkizlik"lər ətrafında qurulmuş hibrid güc qurğularını buraxmağa qərar veriblər. Bununla belə, italyan "Maserati" də öz maşınlarının təchizatında V8-dən istifadə etməyəcək.
Koreyanın KIA şirkəti əvvəlcə V6-nı, sonra isə mövcudluq hüququnu itirən "KIA Stinger"in istehsalını dayandırıb. Okeandan o tərəfdəki "Jeep" brendi də "Jeep Cherokee" və "Jeep Renegade" krossoverlərini "məhv edib". Almaniyanın "Audi" şirkəti "Audi A5", "Audi S5" və "Audi RS5" kupe və kabrioletlərini, "Mercedes-Benz" "Mercedes-Benz GLC", "Mercedes-Benz GLE" və "Mercedes-Benz CLS"i, BMW isə mübahisəli hibrid krossover "BMW XM"i "istefaya göndərməyi" planlaşdırır.