Gülənin məzarında müəmmalı detal: Kimə mesaj idi? – FOTO

28-10-2024, 12:36           
Gülənin məzarında müəmmalı detal:
Oktyabrın 21-də ABŞ-ın Pensilvaniya ştatında yerləşdirildiyi xəstəxanada vəfat edən FETÖ terror təşkilatının lideri Fətullah Gülənin məzarından yayılan görüntü müzakirələrə səbəb olub.

Gülən 1941-ci il aprelin 27-də dünyaya gəlsə də, onun məzar daşında doğum tarixi 1938-ci il olaraq qeyd edilib.

Məlumata görə, Gülən sağlığında özünün 1938-ci il 11 noyabr tarixində doğulduğunu deyir və hər yerdə belə qeyd edirmiş. Buna səbəb Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 1938-ci il 10 noyabr tarixində vəfat etməsidir. Belə ki, Atatürk əleyhinə ideya və təbliğatı ilə tanınan Gülənin onu “dəccal” kimi, ölümünün ertəsi gün dünyaya gəldiyini deyərək isə özünü Mehdi kimi təqdim etməyə çalışdığı bildirilir. Bu səbəbdən onun tərəfdarları məzar daşına istədiyi tarixi qeyd ediblər.

Qeyd edək ki, Fətullah Gülən Pensilvaniyada evinin yaxınlığındakı qəbiristanlıqda dəfn edilib./Globalinfo.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru