Alkoqolizmin ilk 7 əlaməti

10-11-2024, 17:08           
Alkoqolizmin ilk 7 əlaməti
Alkoqolizm, içki asılılığı, əyyaşlıq narkomaniya kimi xəstəlik və asılılıqdır.Onu ilkin mərhələdə aşkar etmək çox vacibdir. Xəstələr tədricən dozanı artırır, yaddaşında pozulmalar baş verir.
“Medicina xəbər verir ki, psixiatr-narkoloq Ruslan İsayev ilk simptomları açıqlayıb.
“Birinci mərhələ üçün xəstə içki olan məclis, ad günü, bayramları və ya işdən sonra axşamı səbirsizliklə gözləyir, bir dəfədə dozanı keçən dəfədən bir qədər artırır. Doğmaları onda aqressiya, içkidən sonra həyəcan, yuxululuq və getdikcə yaddaşında qısa qapanma kimi, tibdə alkoqol palimsestləri müşahidə edə bilər.
Digər göstərici qusma refleksinin itməsidir. Sağlam şəxslər böyük doza və zəhərlənmədən qaytarır, amma alkoqoliklərdə zamanla bu itir və o, zəhərlənsə belə qusmur.
Ailəsinin təkidi ilə içkini tərgitmiş kimi davranır, 2 həftə dözür, lakin sonra istənilən təklifə qarşı dayana bilmir və alkoqolu dadır.Bu simptomlar onu göstərir ki, burda artıq iradə rol oynamayacaq, xəstə narkoloqa, psixiatra müraciət olunmalıdır. Effektiv müalicə metodları var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru