Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
11-11-2024, 15:08
Bakıda toy gecəsi qanama olmadığı üçün gəlin həkimə gəlib.
Yeni ailə quran cütlüklərdə toy gecəsi ilk cinsi əlaqə zamanı yaranan mübahisəli məsələlərdən biri də bakirə xanımda vaginal qanamanın görülməməsidir.
“Medicina” xəbər verir ki, qədim zamanlardan bəzi hallarda görülən bu tibbi anomaliya bir çox qızların həyatının məhv olmasına belə səbəb olub. Gəlin nə qədər izah etsə də, heç kimlə əlaqədə olmadığı desə də, tibbi müayinələr olmayan dövrdə gəlini “qız çıxmadı” adı ilə qovur, el içində biabır edir, hətta öldürürdülər.
Ginekoloq Aytən Nəcəfəli növbəti belə bir pasiyenti müayinə edərkən “toy gecəsi” sindromu barədə məlumat verib.
“Gənc xanım pasiyentim özünə əmindir, lakin narahat olduğu və səbəbi bilmək üçün müayinəyə gəlib.
Qızlıq pərdəsi epitel toxumasıdır, hər qadında müxtəlif qalınlıqda olur. Bəzilərində çox əsnək olur. O pərdənin üzərində çoxlu incə kapilyar damarlar olur. Zərbə nəticəsində kapilyarlar partladığından qanama baş verə bilər. Amma qızlıq pərdəsi elastik olarsa, vagina geniş olarsa, cinsi əlaqə zamanı qanamaya bilər. Xanımda müayinə zamanı qızlıq zərinin tam olduğunu da gördük, toy gecəsinə qədər bakirə idi”.
Ətraflı videoda: