ABŞ-da “salmonella bakteriyası” panikası: İndi xiyar araşdırılır
1-12-2024, 00:02
ABŞ Qida və Dərman İdarəsi (QDİ) ABŞ-ın 26 ştatında və Kanadanın bəzi bölgələrində satılan xiyarlarda mümkün “salmonella bakteriyası”nın olduğunu və onların istehlakının xüsusilə immun sistemi zəif olan şəxslər üçün təhlükəli ola biləcəyini açıqlayıb. Bildirilib ki, ictimaiyyət bu məhsulları istehlak etməkdən çəkinməli, aldığı məhsulların mənbəyini yoxlamalıdır.
Bizimyol.info xəbər verir ki, QDİ istehlakçıları məhsulların qablaşdırma tarixlərini və etiketlərini yoxlamağa çağırıb. Zərərli məhsulların satış məntəqələrinə qaytarılmasının vacibliyi vurğulanıb.
“Salmonella bakteriyası” ürəkbulanma, qusma, ishal, qarın ağrısı və qızdırma kimi simptomlara səbəb ola bilər. İnfeksiya xüsusilə uşaqlarda, yaşlılarda, hamilə qadınlarda və immun sistemi zəif olan şəxslərdə ciddi fəsadlara səbəb ola bilər.
QDİ və sağlamlıq rəsmiləri şübhəli məhsulların istifadə edilməməsi və bu məhsullarla təmasda olanlar əllərini və əşyalarının diqqətlə təmizlənməsi lazım olduğunu bildirib. Bundan əlavə, satıcılardan xalqın sağlamlığını qorumaq üçün bu məhsulları rəflərdən çıxarmaq istənilib.
Qida və Dərman İdarəsi rəsmiləri bu hadisənin qida təhlükəsizliyinin vacibliyini bir daha göstərdiyini bildirdilər: “İstehlakçıların və müəssisələrin geri çağırılan məhsullarla bağlı ayıq-sayıq olmaları çox vacibdir. Belə hadisələr bizə qida təhlükəsizliyi standartlarına ciddi riayət olunmasının vacibliyini xatırladır”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info