Rusiyada "Crocus City Hall"da terror aktı ilə bağlı daha 4 şübhəli saxlanıldı

5-12-2024, 12:38           
Rusiyada "Crocus City Hall"da terror aktı ilə bağlı daha 4 şübhəli saxlanıldı
Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalına hücumda iştirakda şübhəli bilinən bir qrup terrorçunu saxlayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "İzvestiya" nəşri mənbələrə istinadən məlumat verib.

Məlumata görə, polis 22 yaşlı Xusen Kulaev, 27 yaşlı Mahmud Kartoev, 28 yaşlı Mansur Toçiev və 35 yaşlı Maqomed Santalievi saxlayıb. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər konsert salonuna hücum edən terrorçuları silahla təmin edən qrupun üzvlərindən biri, Batır Kulaevə gizlənməyə kömək ediblər.

Nəşrin mənbəsinin məlumatına görə, hüquq-mühafizə orqanları şübhəlilərin mənzillərində axtarış aparıblar. Onlardan birində silah və sursatlar aşkarlanıb. Həmçinin təhlükəsizlik qüvvələri şübhəlinin telefonunda birliyin rəhbərləri ilə yazışmalar tapıblar və oradan məlum olub ki, təşkilat rəhbərləri "Crocus City Hall" terror aktının iştirakçılarının xaricə köçürülməsinə kömək ediblər.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva vilayətindəki Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Hücum nəticəsində 145 nəfər həlak olmuş, 550 nəfər yaralanmışdı. Rusiya İstintaq Komitəsi terror aktı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi) ilə bağlı cinayət işi açıb. 10-dan çox adam saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru