Kişinin mədəsindən 38 metal cisim çıxarıldı

10-12-2024, 09:58           
Kişinin mədəsindən 38 metal cisim çıxarıldı
52 yaşlı kişinin qarın boşluğundan açar, qəpik, mismar, ülgüc və xırda metallar çıxarılıb.
Çennay şəhərində olan kişi psixi xəstəlikdən əziyyət çəkir. Amma onun metal əşya udduğunu ailədə heç kim bilməyib.
Mədə və qarnında olan metallar isə təsadüfən MRT müayinəsində görünüb.

Belə ki, müayinə zamanı kişi qarnının bərk ağrıdığını bildirib. MRT zamanı maqnit sahə metalları özünə çəkirmiş.

Pasiyenti 1 saatlıq endoskopik əməliyyatla bu metallardan azad ediblər.

2 dəfə baş tutan əməliyyatda 1-ci gün 20, ikinci gün daha 19 əşya çıxarılıb. Hətta mədəsindən sim kart da çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.