Nəyə görə xəstələr səhərəyaxın ölür? – Həkim səbəbi açıqladı

10-12-2024, 11:58           
Nəyə görə xəstələr səhərəyaxın ölür? –
Əksər xəstəxanalarda və eləcə də evdə xəstə ölümləri, infarktlar səhərəyaxın qeydə alınır. Saat 5-6 aralığı kritik saatdır
“Medicina” xəbər verir ki, tibb elmləri doktoru Yuriya Serebryanskaya bunun səbəbini orqanizmdə ürək ritmi və çirkad ritmlərin bu saatda dəyişməsi ilə əlaqələndirib.

Belə ki, orqanizm gecə növbəsindən səhər rejiminə məhz 5-6 arası keçir, bu zaman ürək-damar sistemi yüklənir.
“Adətən təcili yardımı da ya gecə yarı, ya da səhərəyaxın çağırırlar. Bu zaman ürək ağrıları artır. Təzyiq də gündüz, gecə və səhər təzyiqi olur. Gecələr təzyiqi çox qalxan insanlarda bu beyin insultu ilə nəticələnir.

Əgər təcili yardımı səhər tezdən çağırırlarsa, deməli orda ya infarktdır, ya da insult.
Ona görə də xəstələr gecələr təzyiqin qaxlmamasına fikir verməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru