Hava nəqliyyatı ilə səfər edənlərin sayı 33% artıb

9-12-2024, 12:34           
Hava nəqliyyatı ilə səfər edənlərin sayı 33% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 41 ölkədən 3 milyon 230 min 224 nəfər səfər edib.

İndex.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,1 %) və 800 min 965 nəfər (32,9 %) çoxdur.

11 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb – 890 min 855 nəfər. Bu da 1 il əvvələ nisbətən 28,4 % artım deməkdir.

Hesabat dövründə Türkiyədən isə Azərbaycana 798 min 492 nəfər səyahət edib ki, bu da illik müqayisədə 18,6 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 411 min 812 sərnişinlə (+47,5 %) daxil olub.

Siyahıda daha sonra Gürcüstan 209 min 936 sərnişin (+31,9 %), Səudiyyə Ərəbistanı 107 min 703 sərnişin (+8,3 %), Qazaxıstan 99 min 957 sərnişin (+27,2 %), Hindistan 98 min 323 sərnişin (+3,8 dəfə), İtaliya 57 min 197 sərnişin (+89,5 %), Qətər 53 min 386 sərnişin (+77,6 %), Özbəkistan 52 min 453 sərnişin (-16,4 %) qərarlaşıb.

İlk onluğa Hindistan, İtaliya və Qətərin daxil olması ilə Küveyt (44 min 658 sərnişin, +15,6 %) İsrail (42 min 125 sərnişin, +11,1 %), və Almaniya (40 min 763 sərnişin, +29,8 %) TOP-10-dan çıxıb.

Təkcə noyabrda isə Azərbaycana hava nəqliyyatı ilə 279 min 405 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 28,5 % çoxdur.

O cümlədən, ötən ay Rusiyadan 68 min 767 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 13,6 % çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru