Alimlər yaddaşın yaxşılaşdırılması sirrini açdılar: Cəmi bir məşq

12-12-2024, 18:24           
Alimlər yaddaşın yaxşılaşdırılması sirrini açdılar: Cəmi bir məşq
"Sadə fiziki aktivlik yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər".

Oxu.Az xəbər verir ki, London Universitetinin Epidemiologiya və Səhiyyə İnstitutunun tədqiqatçıları Mikaela Blumberq və professor Endru Steptou bu gözlənilməz kəşfləri ilə bağlı açıqlama veriblər.

Onların sözlərinə görə, koqnitiv qabiliyyətlər artıq ilk fiziki məşqdən sonra yaxşılaşır və bunun üçün idman zalına getmək mütləq deyil.

"Bu, mülayim və ya intensiv aktivlik ola bilər. Ürək döyüntülərini sürətləndirən hər hansı fəaliyyət - sürətli gəzinti, rəqs və ya bir neçə mərtəbə pilləkən qalxmaq kifayət edir. Yəni mütləq strukturlaşdırılmış məşqlər etmək vacib deyil", - deyə Blumberq bildirib.

O əlavə edib ki, aparılan tədqiqatlar fiziki aktivlik sayəsində yaddaşı 24 saata qədər yaxşılaşdırmağın mümkün olduğunu göstərib.

"Bu, əvvəllər düşündüyümüzdən daha uzun bir müddətdir", - deyə ekspert dəqiqləşdirib.

Tədqiqatın həmmüəllifi professor Steptou da bu araşdırmanın idmanın beyinə dərhal faydalı təsirini sübut etdiyini təsdiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru