Tərkibi 99 faiz kalsium olan qida

16-12-2024, 10:08           
Tərkibi 99 faiz kalsium olan qida
Əridilmiş kərə yağı qədimdən bəri qida hazırlığında və sağlamlıq məqsədləri üçün istifadə edilən faydalı bir yağ növüdür. Foodinfo.az xəbər verir ki, kərə yağının aşağı istilikdə əridilməsi ilə hazırlanan bu məhsuldan zərərli maddələr (süd proteini və su) ayrılır, yalnız təmiz yağ qalır.Bu yağ həzmi asanlaşdırır və bağırsaq sağlamlığını yaxşılaşdırır. Onun tərkibindəki yağ turşuları bağırsaq florasını dəstəkləyir. Tərkibində A, D, E və K vitaminləri mövcuddur. Bu vitaminlər immuniteti gücləndirir, görmə qabiliyyətini və sümük sağlamlığını dəstəkləyir. Əridilmiş kərə yağı təbii iltihab əleyhinə xüsusiyyətlərə malikdir, bu da artrit və digər iltihab problemlərinə qarşı faydalıdır. Həmçinin sürətli enerji mənbəyidir və bədəni uzun müddət tox saxlamağa kömək edir. Yüksək istilikdə yanmadığı üçün qızartma və bişirmə üçün təhlükəsizdir. Ancaq əridilmiş kərə yağını miqdarına diqqət edərək istifadə etmək vacibdir, çünki yüksək kalorili və yağ tərkiblidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru