Xəstəxana təkzib edir, prokurorluq araşdırır - “Avrasiya Hospital”da nə baş verir?
16-12-2024, 16:41
Dünən gecə saatlarında Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verdiyi məlumatı yayılıb. Qeyd olunur ki, xəstəxananın liftinin qırılması nəticəsində 1978-ci il təvəllüdlü paytaxt sakini Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb.
Məsələ ilə bağlı Teleqraf.com-un əməkdaşı hospitalla əlaqə saxlayıb. Xəstəxanadan məlumatın doğru olmadığı iddia edilib.
Baş Prokurorluqdan isə sorğumuza cavab olaraq bildirilib ki, məsələ hazırda araşdırılır və qısa müddətdə rəsmi məlumat veriləcək.