Kərəviz sağlamlıq üçün çox faydalı tərəvəzdir. Tərkibində A, C, K vitaminləri, kalium və antioksidantlar zəngindir. Foodinfo.az xəbər verir ki, o, immuniteti gücləndirir, qan təzyiqini tənzimləməyə kömək edir və ürək-damar xəstəliklərindən qoruyur. Kərəvizin tərkibindəki lif həzm sistemini yaxşılaşdırır və arıqlamağa kömək edir. Həmçinin orqanizmdən toksinlərin çıxarılmasını sürətləndirir. Lakin kərəvizin bəzi zərərləri də ola bilər. Həddindən artıq istehlakı bəzi insanlarda allergik reaksiyalar yaradır və ya həzm problemlərinə səbəb olur.Hamilə qadınlar kərəvizi diqqətlə istehlak etməlidirlər, çünki o, bəzi hallarda uşaqlıq sancılarını artıra bilər. Həmişə ölçülü istifadə və fərdi həssaslıq nəzərə alınmalıdır.