Azərbaycana ən çox pul göndərən ölkələr hansılardır?

4-01-2025, 12:44           
Azərbaycana ən çox pul göndərən ölkələr hansılardır?
Pul köçürmələri üzrə müsbət saldo 440,5 milyon dollar təşkil edib. Daha çox pul köçürmələrinin hansı ölkələrdən həyata keçirildiyi barədə ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
2024-cü ilin yanvar-sentyabr aylarında fiziki şəxslərin Azərbaycana pul köçürmələrinin həcmi 848,5 milyon dollar təşkil edib. Göstərilən dövrdə ən çox pul köçürmələri Rusiyadan (411 milyon dollar) və Türkiyədən (133 milyon dollar) olub.
Eyni zamanda, Azərbaycandan fiziki şəxslər tərəfindən 408 milyon dollar məbləğində pul köçürmələri həyata keçirilib. Beləliklə, bu göstərici üzrə müsbət saldo 440,5 milyon dollar təşkil edib.
Bu dövrdə ən çox vəsait Azərbaycandan Türkiyəyə (118 milyon dollar) və ABŞ-a (45 milyon dollar) göndərilib.
Yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,75% azalıb, ölkədən isə pul köçürmələri 1,6% artıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru