Çin avtomobillərinin əsas problemi açıqlandı

24-01-2025, 12:14           
Çin avtomobillərinin əsas problemi açıqlandı
"Çin avtomobil sənayesinin əsas problemlərindən biri xarici görünüşə həddindən artıq önəm verməsidir".
İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Za Rulyom” jurnalının baş redaktoru, avtomobil eksperti Maksim Kadaşov bildirib.

“Çin avtomobili BMW deyil. Çinlilər pis olmayan avtomobillər satırlar. Alman avtomobil sənayesi belə bir avtomobil istehsal edə bilməz. Onlar üçün reputasiya o qədər əhəmiyyətlidir ki, bir səhv bütün imici məhv edə bilər. Ancaq çinlilər tez bir zamanda çox sayda model istehsal etməyə çalışırlar”,-deyə Kadaşov vurğulayıb.

Ekspertin sözlərinə görə, əgər "Changan Uni-S", "Uni-K" və "Uni-T" modellərində oturacaqların nasaz olduğu barədə məlumatlar təsdiqlənərsə, bu məsələ ilə Rusiya Standartlaşdırma Agentliyi (Rosstandart) məşğul olmalıdır.

Qeyd edək ki, ötən gün "Mash" kanalı yol-nəqliyyat hadisəsində qəzaya uğramış "Changan Uni-T" modelinin görüntülərini yayımlamışdı. Həmin görüntülərdə sürücü oturacağının arxa dayaq hissəsinin qırıldığı müşahidə olunurdu.

Məlumat üçün bildirək ki, Çin avtomobil markası "Kaiyi"nin 20 minə yaxın avtomobilinin Rusiyadan geri çağırdığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru