Qulam Ələkbərov və Firuz İbrahimov işində Vilayət Eyvazov iddiası yalan çıxdı

12-10-2016, 20:31           
Qulam Ələkbərov və Firuz İbrahimov işində Vilayət Eyvazov iddiası yalan çıxdı
Oktyabrın 7-də “Gündəm Xəbər” qəzetində Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı iş adamları Firuz İbrahimov və Qulam Ələkbərov arasında gedən mübahisələr barədə “Azərbaycandan Ukraynaya uzanan əllərdən atəş açıldı” başlıqlı açıqlama dərc olunmuşdu. Açıqıamada qeyd olunur ki, guya Firuz İbrahimova digər azərbaycanlı iş adamı Qulam Ələkbərov daim hədə-qorxu gəlir və hətta onun arxasında Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazovla bərabər, nəqliyyat naziri Ziya Məmmədovun da durduğu bildirilirdi. Açıqlamada o da vurğulanıb ki, guya Qulam Ələkbərov dövlət məmurlarının əli ilə onu məhv edəcəyini də söyləyib. Belə bir fikirlər Firuz İbrahimovun yaxın ətrafı tərəfindən “Gündəm Xəbər”ə danışılıb. İşıq üzü görən açıqlama ilə bağlı qəzetin təsisçisi Şirin Cəfəri oktyabrın 7-də, hansı ki, qəzet satışa çıxdığı günün səhər saatlarında Daxili İşlər Nazirliyinin müvafiq qurumuna dəvət olunur. Qurumda Şirin Cəfəriyə rəsmi şəkildə bildirilir ki, vətəndaş Qulam Ələkbərov DİN-in müvafiq qurumuna ərizə ilə müraciət edib və hal-hazırda həmin ərizə əsasında araşdırmalar da aparılmaqdadır. Şirin Cəfərinin nəzərinə o da çatdırılıb ki, Qulam Ələkbərovun Firuz İbrahimovla əvvəlcədən işbirliyi olub. Əlavə olaraq o da vurğulanıb ki, şikayətçi Qulam Ələkbərov şəriki Firuz İbrahimova işləri ilə bağlı 2 milyon manat pul göndərib. O, həmin pullları Firuz İbrahimovun bacısının vasitəsilə çatdırdığını söyləsə də, qarşı tərəf göndərilmiş pulun ona çatmadığını deyib. Bundan sonra tərəflər arasında böyük mübahisə əmələ gəldiyindən, Firuz İbrahimovun bacıları araşdırma ilə bağlı DİN-nin müvafiq qurumuna çağrılırlar və rəsmi şikayət əsasında da, sorğu-sual olunurlar. İbrahimovun bacıları dindirildikdən sonra isə, sərbəst buraxılırlar. Ümumi söhət əsasında Şirin Cəfəriyə hər iki iş adamı ilə bağlı rəsmi sənədlər də göstərilir. Ələkbərovun yaxını ilə əlaqə saxladıqda “bu işlə bağlı DİN-nin müvafiq qurumuna şikayət olunub və lazımi sənədləri “Gündəm Xəbər”in redaksiyasına da təqdim etməyə hazırıq” deyə cavab verilib. Şirin Cəfəri buna heç bir halda etiraz etməyib və qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduqlarını vurğulayıb. Şirin Cəfərinin sözlərinə görə, ümumi sənədlərlə tanışlıq zamanı tərəflər arasında yaşanan mübahisənin nə daxili işlər nazirinin müavini cənab Vilayət Eyvazovla, nə də ki, nəqliyyat naziri cənab Ziya Məmmədovla hər hansı bağlılığın olmadığını görüb. Bu sadəcə hər iki azərbaycanlı iş adamı arasında baş verən mübahisədir ki, bunu da hal-hazırda DİN-nin müvafiq qurumu araşdırmaqdadır. Onu da qeyd edək ki, yaxın günlərdə Qulam Ələkbərovun özü ilə, yaxud da yaxın çevrəsindən bir kimsə ilə görüşməyə cəhd edəcəyik. Həmin görüşdən sonra KİV haqqında qanunun tələblərinə uyğun olaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə çalışacağıq. “Gündəm Xəbər”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.