Buzlaqlarda "yatan" təhlükə

17-02-2025, 16:59           
Buzlaqlarda "yatan" təhlükə
Permafrost buzlarının əriməsi zamanı bəşəriyyətin hələ qarşılaşmağa hazır olmadığı "yatmış" viruslar ortaya çıxa bilər.
BVu barədə "RİA Novosti"yə açıqlamasında Nobel Sülh Mükafatı laureatı, BMT dövlət katibinin iqlim dəyişikliyi üzrə keçmiş müşaviri Raye Kvon Çunq bildirib.

O qeyd edib ki, təhlükəli buzlaqlar Kanada, Qrenlandiya və Rusiyada yerləşir.

"Mən belə hesab edirəm, çünki biz orada hansı virusların olduğunu bilmirik. Sibir yarası ilə bağlı vəziyyət sadəcə bir misaldır, amma belə hallar daha çox ola bilər", - alim vurğulayıb.

Nobel mükafatı laureatı BMT-nin bir neçə il əvvəl hesabat dərc etdiyini də xatırladıb. Burada permafrostda buzların əriməsi ilə bütün dünyaya yayıla bilən minlərlə virusun olduğu barədə məlumatlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru