Tərəvəzlərin qabığını soyduqda faydasını itirir?

1-07-2025, 16:08           
Tərəvəzlərin qabığını soyduqda faydasını itirir?
Bəziləri tərəvəzləri təmiz qəbul etmək üçün qabıqlarını soyur.
Aif.ru-ya istinadla bildirir ki, tərəvəzlərin qabığı onların tərkibindəki əsas vitamin və lifin böyük hissəsini təşkil edir. Məsələn, kök, xiyar, badımcan və kartof kimi tərəvəzlərdə antioksidantlar əsasən qabığa yaxın hissədə toplanır. Soyulduqda bu faydalı maddələr itirilir.Həmçinin qabıqda olan liflər həzm sistemini stimullaşdırır və bağırsaqların fəaliyyətini tənzimləyir. Tərəvəzlərin düzgün yuyulması, qabıqla yeyilməsi daha sağlam seçimdir. Xüsusilə orqanik və yerli məhsullarda qabığın saxlanması lazımdır. Bəzi qabıqlar, məsələn, balqabaq və şirin kartofda immun sistemini gücləndirən maddələr var ki, bu da sağlamlıq üçün önəmlidir. Düzgün təmizlənmiş və qabıqlı bişirilən tərəvəzlər həm daha ləzzətli, həm də daha qidalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru