ABŞ-də yaşı 300-ü keçən insanlar aşkarlandı

18-02-2025, 15:28           
ABŞ-də yaşı 300-ü keçən insanlar aşkarlandı
ABŞ-nin sosial təminat sisteminin məlumat bazasında 120-369 yaş arasında milyonlarla insan var.

Oxu.Az-ın verdiyi məlumata görə, müvafiq məlumatları ABŞ-də Hökumətin Səmərəliliyinin Artırılması İdarəsinə (DOGE) rəhbərlik edən İlon Mask özünün "X" hesabında paylaşıb.

Təqdim olunan cədvəldə göstərilir ki, sosial təminat sistemində rəsmən sağ kimi hələ də 240-369 yaş arasında iki nəfər, 200-229 yaş arasında təxminən 3 min nəfər, həmçinin 120-199 yaş arasında təxminən 8,9 milyon nəfər qeydə alınıb.

"Sosial təminat (xidmətinin) məlumat bazasına görə, burada "ölüm" sütununda tire işarəsi olan hər yaş qrupundakı insanların sayı göstərilir. Bəlkə də "Twilight" (vampirlər haqqında kult film - red.) realdır və sosial təminat alan çoxlu vampir var", - deyə Mask yazıb.

DOGE-nin "X"dəki rəsmi hesabı Maskın postuna şərh yazıb: Qurum bu məsələni nəzərdən keçirəcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.