"COVID-19"a yoluxduqdan sonra "beyin dumanının" səbəbi məlum oldu

7-03-2025, 12:34           
"COVID-19"a yoluxduqdan sonra "beyin dumanının" səbəbi məlum oldu
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, koronavirusa yoluxduqda orqanizm dəmiri qan dövranından çıxarır ki, bu da yorğunluq, apatiya, baş ağrıları və “beyin dumanı” hissinə səbəb ola bilər.

Tədqiqatın nəticələri Nature Immunology (NatIm) jurnalında dərc olunub.

COVID-19 olan insanların təxminən üçdə birində zəiflik, nəfəs darlığı, əzələ ağrısı, yaddaş və konsentrasiya problemləri inkişaf edir. 2023-cü ilin mart ayına olan məlumata görə, təkcə Böyük Britaniyada 1,9 milyon "uzun koronavirus" hadisəsi qeydə alınıb.

Bir il ərzində könüllülər bədəndəki dəyişiklikləri izləməyə imkan verən qan nümunələri veriblər. Alimlər müəyyən ediblər orqanizm yoluxduqda, dəmiri qan dövranından çıxarmaqla cavab verir. Bu təkamül reaksiyası dəmiri qan dövranından ələ keçirən və sürətlə çoxalan potensial ölümcül bakteriyalardan qoruyur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.