Bağırsaq iltihabını azaldan bir şirə - Gündə iki stəkan için

7-03-2025, 12:08           
Bağırsaq iltihabını azaldan bir şirə - Gündə iki stəkan için
Yeni araşdırma göstərib ki, gündə iki kiçik stəkan albalı şirəsi mədə xəstəlikləri olan insanlarda bağırsaq iltihabını azaldır və həyat keyfiyyətini yaxşılaşdırır.
Bu işin nəticələri Life jurnalında dərc olunub.Hertfordshire və Central Lancashire Universitetləri tərəfindən həyata keçirilən yeni araşdırma insanları əhatə edən ən böyük tədqiqatdır. Alimlər müəyyən ediblər ki, altı həftə ərzində gündə iki dəfə 130 ml seyreltilmiş Montmorency albalı şirəsi içmək, yüngül və orta dərəcəli xoralı kolitli insanlarda bağırsaq iltihabı göstəricilərini 40% azaldır.İştirakçılar həmçinin standart dərman müalicəsi ilə yanaşı meyvə içkisi əlavəsini qəbul edərkən sağlamlıqla bağlı həyat keyfiyyətinin 9% yaxşılaşdığını bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru