İlk "normal" insan bədən istiliyi 1838-ci ildə müəyyən edilib. Hibiny.ru xəbər verir ki, daha sonra daxili xəstəliklər üzrə alman mütəxəssisi Karl Vunderlix “36.6” məlumatı ilə insan orqanizminin istilik vəziyyəti üçün standart təqdim edib. Bu göstərici uzun illərdir etalon hesab olunurdu, lakin müasir həkimlər standartların dəyişdiyinə əmindirlər.Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri qeyd edirlər ki, norma indi 36,5-37 dərəcə ətrafında bədən istiliyi hesab edilə bilər. Bu göstərici həm kişilərə, həm də qadınlara aiddir. Bundan əlavə, reproduktiv yaşda olan qızlarda, menstruasiya dövründən asılı olaraq, bədən istiliyi 36,2 ilə 37,5 dərəcə arasında dəyişə bilər.Ekspertlər əmindirlər ki, qlobal istiləşmə orta göstəriciyə də təsir edib. Bu gün bir çox elm adamı havanın insan sağlamlığına təsiri haqqında məlumat toplayır.