Manat kəlməsi ilk dəfə harda işlənib?

21-03-2025, 15:54           
Manat kəlməsi ilk dəfə harda işlənib?
Manat kəlməsinə ilk dəfə 1919-cu ildə Britaniya (Transxəzər) Hərbi Missiyasının qiymətli kağızında (منات qırmızı kvadratla göstərilir) rast gəlirik. Bu andan etibarən “manat” sözü Azərbaycan pul vahidi üçün nəzərdə tutulur və “rubl” sözünün tərcüməsi deyil.
SSRİ-də 1923-cü ildə buraxılmış “rubl” üzərində Azərbaycan dilindəki yazı ərəb əlifbasında (روبلی) rubl kimi göstərilmişdir. “Manat” sözü SSRİ əskinaslarına çox sonralar daxil edilmişdir.
Azərbaycan ədəbiyyatında manat sözünə pul vahidi kimi Abbasqulu Bakıxanovun (1794-1847) “Gülistani-İrəm” əsərində:
“Gürcüstanlı İrakli xan [Kral İrakli] öz ərazilərini ondan [Ümmə Xan Avarlıdan] qorumaq üçün hər il 5000 manat gümüş ödəməyə razılaşdı” və Mirzə Ələkbər Sabirin (1862-1911): Mən anlamıram kim, nola mənayi-müəllim?
Qırx-əlli manat pul ala hər ay müəllim? - yazılarında rast gəlirik.
Эльдар Тагиев
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru