Lənkərandakı QƏTLİN TƏFƏRRÜATI: Qadının işində olan problemləri onun ailəsinə yansıyıbmış VİDEO

20-03-2025, 09:03           
Lənkərandakı QƏTLİN TƏFƏRRÜATI: Qadının işində olan problemləri onun ailəsinə yansıyıbmış  VİDEO
Lənkəranda 41 yaşlı qadının qətlə yetirilməsinin təfərrüatı məlum olub.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, kişi qayınanasının evinə gələrək yeyib-içib, daha sonra ona qızını öldürdüyünü deyib.

Belə ki, Lənkəran şəhər sakini Günel Tahirova yaralı vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyi isə nəticəsiz qalıb.

Mərhumun hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı, 46 yaşlı İman Tahirov könüllü şəkildə polisə təslim olub.

Anasının bildirdiyinə görə, qızının ailəsində tez-tez münaqişə baş verirmiş. İddiaya görə, qadının işində olan problemləri onun ailəsinə yansıyıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, cütlüyün iki övladı var. Onlardan biri Universitet tələbəsidir.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru