Mariana çökəkliyindən gələn müəmmalı səslərin mənşəyi tapıldı

23-03-2025, 15:04           
Mariana çökəkliyindən gələn müəmmalı səslərin mənşəyi tapıldı
Alimlər Mariana çökəkliyində kosmik gəmilərin gurultusuna bənzəyən sirli səslərin mənşəyini izah etməyə nail olublar.

Bu barədə "Science XXI" portalı məlumat yayıb.

Planetin ən dərin yerindən gələn səsin Brayd balinalarının çıxardıqları səs olduğu üzə çıxıb. Belə ki, balinalar bu yolla istiqamət götürürlər və ünsiyyət saxlayırlar. Onlar metal cingiltisinə oxşar səslər çıxarırlar.

Bildirilir ki, bu hal ilk dəfə 2014-cü ildə Sakit okeanda çökəkliyin akustik tədqiqatı zamanı qeydə alınıb. Mütəxəssislərin qənaətincə, səslər yalnız Sakit okeanın şimal-qərb hissəsində eşidilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.