Miflərə son: Gündəlik su qəbulu norması haqqında həqiqət

28-03-2025, 12:27           
Miflərə son: Gündəlik su qəbulu norması haqqında həqiqət
"Hər kəsin su tələbatı fərqlidir və standart "gündə 2 litr su" qaydası artıq keçərli deyil".

Gazeta.ru-nun verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq və nutrisioloq Darya Xaykina bildirir.

Onun sözlərinə görə, suyun miqdarı insanın çəkisi, boyu, fiziki aktivliyi, iqlimi və sağlamlıq vəziyyətindən asılıdır.

"Əvvəllər 1 kq çəkiyə 30-40 ml su hesablanırdı, lakin bu formula bədən tərkibini nəzərə almadığı üçün yanlışdır. Məsələn, 100 kq çəkisi olan iki nəfərin suya ehtiyacı fərqli ola bilər, çünki əzələlər yağ toxumasına nisbətən daha çox su saxlayır", - deyə mütəxəssis vurğulayıb.

Həkim bildirib ki, su ilə bağlı orqanizmin verdiyi siqnalları dinləmək lazımdır:

"Əgər sidik rəngi açıq sarı və ya saman rəngidirsə, bu normal hidrasiya səviyyəsini göstərir, əgər sidik tünddürsə - susuzlaşma var. Eyni zamanda, orqanizmdə su çatışmazlığı zamanı süstlük, baş ağrıları, diqqət və konsentrasiya çətinlikləri yaranır. Həmçinin dodaqların quruluğu, çatlar və dəridə qabıqlanma maye çatışmazlığından xəbər verə bilər. Kofeinli içkilər susuzlaşdırmır, amma spirtli içkilər su itkisinə səbəb olur. Ona görə də, içkidən sonra əlavə 1-2 stəkan su içmək tövsiyə edilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru