Generalı kim və necə məhv etdi - TƏFSİLAT

Bu gün, 08:24           
Generalı kim və necə məhv etdi - TƏFSİLAT
Rusiya mətbuatı Moskvada general-leytenant Yaroslav Moskalikin dəqiq necə partladıldığı və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavinini, yəni Rusiyanın əsas hərbi rəhbərlərindən birini məhv edən qəhrəman haqqında məlumat yayıb.
Bu uğura 2015-ci ildə Ukraynanın Sumı vilayətindən Rusiyaya köçən ukraynalı İqnat Kuzin imza atıb.
2025-ci ilin yanvarında Kuzin avtomobil alıb və mart ayında həmin binanın eyni girişində, lakin Moskalikin də yaşadığı Balaşixada Nesterov prospekti 2 ünvanında mənzil kirayələyib.
Aprelin 16-da Kuzin Volkswagen Golf avtomobilini girişin yaxınlığında saxlayıb. Avtomobildə telefona qoşulmuş videokamera və güclü əldəqayırma partlayıcı qurğu olub.
Aprelin 19-da Kuzin Türkiyəyə uçub və onun sonrakı yeri Rusiya mediasına məlum deyil.
Aprelin 25-i saat 10:40-da Moskalik binanı tərk edərək yolla getdiyi zaman güclü partlayış baş verib və general həlak olub.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.