Çinli alimlər meymunçiçəyi virusunun zəif nöqtəsini müəyyən edib və yeni güclü antivirus hazırlayaraq bu sahədə irəliləyiş əldə ediblər.
Oxu.Az "Nature" jurnalına istinadən xəbər verir ki, Şanxay Elmi-Texnologiya Universitetindən olan tədqiqatçılar virusun əsas proteaz (CorePro) fermentinə diqqət yetiriblər.
Bu ferment "molekulyar qayçı" kimi çıxış edərək virusun yeni yoluxucu hissəciklər yaratmasına imkan verir. "CorePro"nun bloklanması isə virusu faydasız komponentlər dəstinə çevirir.
"Bu, sadəcə meymunçiçəyinə qalib gəlmək deyil. Biz təhlükəli virusların bütün ailəsinə qarşı alət yaradırıq", - universitetin açıqlamasında qeyd olunub.