Alimlər kiçik balıqların daha yüksək səs çıxardığını aşkarlayıb

28-04-2025, 16:34           
Alimlər kiçik balıqların daha yüksək səs çıxardığını aşkarlayıb
Adətən təbiətdə heyvan nə qədər böyükdürsə, səs-küy də bir o qədər yüksək olur. Suyun altında isə bu, bir qədər fərqlidir.

BBC telekanalı xəbər verir ki, almaniyalı alimlər laboratoriyadakı balıq akvariumundan gələn səsləri eşitdikdən sonra araşdırma aparmaq qərarına gəliblər. Tədqiqat nəticəsində məlum olub ki, həmin balıqlar 140 desibellik çəkic zərbəsinə bənzər səs çıxarır. Səsin səviyyəsi güllə atışına bərabərdir.

Uzunluğu 12 millimetr olan bu balıq növü ölçüsünə görə indiyədək aşkarlanan ən səs-küylü balıqdır. Alimlər onun su canlıları arasında ünsiyyət forması olduğuna düşünürlər.

Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru