İspaniya buna görə işıqsız qalıbmış...

29-04-2025, 11:08           
İspaniya buna görə işıqsız qalıbmış...
Xəbər verdiyimiz kimi, İspaniyanın böyük hissəsində eləcə də Portuqaliyanın bəzi bölgələrində elektrik enerjisi kəsilib.

Publika.az bildirir ki, Portuqaliyanın elektrik şəbəkəsi operatoru "Ren" yaranmış vəziyyətin səbəbini açıqlayıb.

Şirkət baş verənlərin İspaniyada nadir atmosfer hadisəsindən qaynaqlandığını açıqlayıb. Operatorun açıqlamasında, İspaniyanın daxilindəki temperatur dalğalanmalarının elektrik kəsintisinin əsas səbəbi olduğu bildirilib. O da qeyd edilib ki, elektrik şəbəkəsini bərpa etmək üçün 6-10 saat vaxt lazımdır, hətta əməliyyatların normal icrası bir həftə çəkə bilər.

Buna baxmayaraq, İspaniyanın şimal, cənub və qərb hissələrində elektrik enerjisinin verilişi bərpa edilib.

Xatırladaq ki, Madridin Barajas beynəlxalq hava limanı elektriksiz qalıb, telekommunikasiyalar da təsirlənib. Portuqaliya, Andorra və Fransanın İspaniya ilə həmsərhəd bölgələrindəki vətəndaşlar da elektrik enerjisinin kəsilməsindən təsirləndiklərini bildiriblər.

Bundan əvvəl kiberhücum ehtimalı nəzərdən keçirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru