Qərbi Azərbaycan Xronikası: "Ermənistan xuliqanlar və avaralar ölkəsinə çevrilib" VİDEO
Bu gün, 12:38

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Koçaryan: "Ermənistanda masa arxasında deyil, menyudadır" adlı süjet hazırlanıb.
Verilişdə Ermənistanda parlament seçkisi ərəfəsində "siyasi ölülər"in fəallaşmasından bəhs olunub.
Bildirilib ki, Ermənistanda seçki yaxınlaşdıqca siyasi meyitlərin zühuru da baş verir. Keçmiş cinayətlərindən hər kəsin xəbəri oldğunu bilən sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyan cütlüyü yeni nəslə ümidini bağlayıb, onların içində revanşizm üzərində hakimiyyətlərini bərpa etmək istəyir. Koçaryan-Sarqsyan revanşizminin əlamətləri Ermənistan parlamentində də təzahür edir. Bir dəfə Qarabağ kartı ilə milyarderlərə çevrilən bu ruh və əməl əkizləri ikinci dəfə bu məsələni oyuna çevririb, yenidən varlanmaq ehtirası ilə yaşayırlar.
Süjetdə "Hayastan" fraksiyasının deputatı Anna Qriqoryan, ANK İH üzvü Vartan Malxasyan, Respublika Naminə Partiyasının lideri Arman Babacanyan, politiloq Arutyun Mkrtçyan, Artur Xaçikyan və Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyanın fikirlərinə yer verilir: "Rusiya Ermənistanda seçki havasında zühur edən ölüləri dirildir. Siyasi meyitlərin revanşizmi başlayır. Koçaryan qadınların arxasında döyüşə gedir. O necə milyarder oldu? Erməni generallar qumarxanalarda məşuqələrlə əylənirlər. Əgər həqiqətən ölkəmizi xilas etmək istəyiriksə, onu parazitlərdən təmizləmək lazımdır. Ya bu insanları nəhayət dəfn edəcəyik, ya da Ermənistan yox olacaq. Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyiriksə, bu cür meymunluqlara son qoymalıyıq. Keçmiş liderlər indiki baş nazir Nikol Paşinyanın ayağını yuyub suyunu içməlidirlər. Otuz il hakimiyyətdə olan bu heyvanlar ölkə üçün nə ediblər? Generallar şişib topa dönüblər. Erməni generallarının qızıldan hazırlanmış poqonları var. Generallarımız Qarabağdan qaçarkən Azərbaycan keçid məntəqəsindən yazıq-yazıq sürünürdülər. Qarabağ məmurları adlanan şəxslər Rusiya məxfi xidmətinin bir qolu olub. Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar. Zori Balayan Zori deyil, zrodur, yəni sıfırdır. Biz xoşbəxtik ki, dünya bizim haqqımızda gerçəyi bilmir. Ermənistan xuliqanlar və avaralar ölkəsinə çevrilib. Ermənistan dövləti artıq mövcud deyil, Azərbaycanla Türkiyənin muxtariyyətidir. Azərbaycan və Türkiyə üstümüzə tüpürür, bizə vassal kimi yanaşırlar. Üç yüz min azərbaycanlı Zəngəzura qayıdacaq, onlarla erməni kəndi boşalmalı olacaq. Biz iki dəfə dövlətçiliyi özümüz yox, Rusiyanın dağılmasına görə yaratdıq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: