Müsəlman ölkələrində zəvvarlar həcc ziyarəti üçün nə qədər ödəyir?

23-05-2025, 15:08           
Müsəlman ölkələrində zəvvarlar həcc ziyarəti üçün nə qədər ödəyir?
Müsəlman ölkələrində zəvvarlar həcc ziyarəti üçün nə qədər ödəyir?
İl ərzində Azərbaycandan minlərlə zəvvar Həcc ziyarətinə yollanır. Bu ziyarət isə zəvvarlar üçün adambaşına 5 min 900 dollara başa gəlir. Bir çoxları bu məbləğin yüksək olduğunu düşünsə də, rəqəmlərin yüksək olmasına baxmayaraq hər il ziyarətlər təşkil olunur. Bəs digər müsəlman ölkələrində də zəvvarlar Həcc ziyarəti üçün bu qədər xərc çəkirlərmi?

İndex.az xəbər verir ki, Türkiyədə Həcc ziyarətinə getmək istəyən şəxslər minimum 6 min 530 dollar ödəməlidir. Belə ki, Türkiyədə zəvvarlara 4 paket təqdim olunur. Bu paketlərdən ən ucuzu 6 min 530 dollar olduğu halda, ən bahalısının qiyməti 16 min 500 dollara çatır.

İndoneziyada Həcc ziyarətinə getmək istəyən zəvvarlar 5 min 747 dollarından keçməlidir. Qeyd edək ki, İndoneziya hökuməti 2024-cü ildə bu məbləği Həcc ziyarəti üçün stabil məbləğ olaraq təyin edib.

İraqda Həcc ziyarəti quru yolu ilə 3 min 500 dollara, hava yolu ilə 5 min dollara başa gəlir.

Malayziyada da Həcc ziyarəti üçün məbləğ hökumət tərəfindən təyin olunub və dəyişdirilə bilməz. Belə ki, malayziyalı zəvvarlar hacı olmaq üçün 7 min 73 dollar ödəməlidir. Maddi vəziyyəti zəif olan zəvvarlara isə dövlət tərəfindən yardım göstərilir.

Pakistanda Həcc ödənişləri şəhər və paket seçimlərindən asılı olaraq dəyişir. Zəvvarlar ziyarət etmək üçün 4 min 15 və ya 4 min 650 dollar arasında ödəniş edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru