Ceyms Uebb kosmik teleskopu kainatda ən uzaq obyekti aşkarladı

23-05-2025, 16:49           
Ceyms Uebb kosmik teleskopu kainatda ən uzaq obyekti aşkarladı
Ceyms Uebb kosmik teleskopundan istifadən edən alimlərdən ibarət beynəlxalq komanda indiyə qədər aşkar edilmiş ən uzaq qalaktika olan "MoM-z14"dən aralıda işıq təsbit edib.

Bu barədə "arXiv" portalı xəbər verir.

Bildirilir ki, sözügedən qalaktika Böyük partlayışdan 280 milyon il sonra formalaşıb.

Məlumata əsasən, qalaktika yüksək qırmızı sürüşmə obyektləri üçün namizədləri təsdiqləməyə yönəlik "Mirage" spektroskopik tədqiqatı çərçivəsində tapılıb.

"MoM-z14" qalaktikasının yerləşdiyi qırmızı yerdəyişmə z = 14,4 bu qalaktikadan gələn işığın 13,5 milyard ildən çox müddət ərzində bizə doğru səyahət etdiyi anlamına gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru