Yüzlərlə il insan gözündən gizlənmişdi: Dünyanın ən çətin tapılan gəmiricisi ilk dəfə görüntüləndi VİDEO

23-05-2025, 17:56           
Yüzlərlə il insan gözündən gizlənmişdi:
Alimlər ilk dəfə subalp yunlu siçanı ("Mallomys istapantap") vəhşi təbiətdə canlı halda görüntüləməyi bacarıblar. Bu sirli gəmirici əvvəllər yalnız muzey eksponatlarından tanınırdı və 1989-cu ildən bəri cəmi bir dəfə müşahidə olunmuşdu.

Bu barədə "IFLScience" xəbər yayıb.

Bildirilir ki, çexiyalı mütəxəssis Frantişek Veymelkanın rəhbərlik etdiyi ekspedisiya Papua-Yeni Qvineyanın Vilhelm dağına altı aylıq səfər edib. Yerli icmalarla əməkdaşlıq edən tədqiqatçılar 61 növ məməlini sənədləşdiriblər. Ən böyük sensasiya isə 3 700 metr yüksəklikdə "ən ələkeçməz siçan"ın tapılması olub.

Veymelka və komandası beş yetkin erkək gəmiricinin 1-1,5 kq arasında çəkidə olduğunu müəyyənləşdirib. Bu siçanların əsas qidası isə paporotniklərdir.

Maraqlıdır ki, bu nadir növdə daha əvvəl heç vaxt qeyd olunmayan bir xüsusiyyət - sinə hissəsində güclü qırmızımtıl-qəhvəyi rəng müşahidə edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru