Arıqlamaq üçün dərmanlar təhlükəlidir?

Bu gün, 15:25           
Arıqlamaq üçün dərmanlar təhlükəlidir?
Sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz arıqlama dərmanları bir çox insan üçün asan həll yolu kimi görünür.

Artıq çəkidən azad olmaq istəyən insanlar, xüsusilə qadınlar belə dərmanlardan istifadə etməyə üstünlük verirlər.
Lakin bu dərmanların əksəriyyəti heç bir rəsmi təsdiq və tibbi nəzarət olmadan satışa çıxarılır.

Bəs belə dərmanlar nə qədər təhlükəlidir?

Bununla bağlı “Cebheinfo.az”-a açıqlama verən tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, arıqlama dərmanları adlandırılan müxtəli preparatlar orqanizmə təsirsiz ötüşmür:

“İnsanlar davamlı olaraq artıq çəki atmaq istəyirsə, bunun üçün sağlam və daha təsirli yollardan istifadə etməlidirlər. Bunun üçün qida qəbulunu, karbohidratları məhdudlaşdırmaq, eyni zamanda hərəkəti artırmaq lazımdır.

Hansısa dərmanları ardıcıl qəbul edib arıqlamaq fikri, orqanizmi risk altında qoyur. Qəbul edilən kalorilərin bədəndə yanması üçün hərəkət etmək vacib şərtlərdəndi. Artıq çəkinin əsasında hərəkətsizlik və nəfis dayanır.

Həkim məsləhəti olmadan belə dərmanların özbaşına istifadəsi çox ağır nəticələrə səbəb ola bilir, ona görə də ehtiyatlı olmaq lazıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru