Elektromobil batareyalarının gizli təhlükəsi - "Tərkibindəki maddələr zəhərli hala gəlir" VİDEO

Dünən, 15:18           
Elektromobil batareyalarının gizli təhlükəsi -
Yaşıl enerji ideyasının təcəssümü kimi təqdim olunan elektromobillərin sayı günü-gündən artır. Bu avtomobillərin əsas hissəsini təşkil edən batareyalar isə istismar müddəti başa çatdıqdan sonra ciddi ekoloji riskə çevrilə bilər.

Bəs bu batareyaların utilizasiyası mümkündürmü?

Elektromobil ustası İlqar İsgəndərovun sözlərinə görə, litium-ion batareyaları hazırda dünyanın heç bir yerində yenidən emal olunmur:

"Bu batareyaların kimyəvi reaksiyası tam başa çatdıqdan sonra tərkibindəki maddələr zəhərli hala gəlir. Batareyalar sıradan çıxanda onları yenisi ilə əvəz edirik və avtomobilə yenidən quraşdırırıq".

Azərbaycan 2025-ci ilin əvvəlində 5 941 elektrikli minik avtomobili ilə dünya miqyasında elektromobil sürətlənməsi artan ölkələr sırasındadır. 2017-ci il ilə müqayisədə bu göstərici demək olar ki, 20 dəfə artıb. Azərbaycanda elektrikli avtomobillərin sayı artsa da, batareyaların emalı sahəsində hələ başlanğıcdayıq.

Misal üçün, ABŞ-də "Tesla"nın sabiq rəhbəri tərəfindən qurulan "Redwood Materials" illik 250 min avtomobilə bərabər batareyanı təkrar emal edir və bu, litium-ion batareyalarının 90%-ni əhatə edir. Bu batareyalar daha sonra sənaye məqsədli enerji saxlama sistemlərinə çevrilərək həm təbiəti qoruyur, həm də iqtisadi səmərəlilik yaradır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru