Yerə doğru yeni maqnit qasırğası yaxınlaşır: gözlənildiyi vaxt - Qrafik
Dünən, 12:36

İyulun 25-də, həftəsonu ərəfəsində, Yer kürəsində zəif maqnit qasırğası gözlənilir, sabah və birigün isə daha bir qasırğanın baş verməsi ehtimal olunur.
"DogruXeber.az" "Meteoagent” portalına istinadla xəbər verir ki, bir neçə gün əvvəl başlayan maqnit qasırğası tədricən zəifləyir.
Cümə günü ərzində onun gücü təxminən 3,7 bal olacaq – bu isə zəif maqnit qasırğası sayılır.
"Geomagnetism”in məlumatına görə, Günəş küləyinin sürəti hələ də yüksək olaraq qalır və bu, Günəş tacındakı dəliklərin təsiri ilə bağlıdır. Aktiv geomaqnit şərait hələ bir müddət davam edə bilər, lakin yaxın günlərdə təsiri tədricən azalmalıdır.
Eyni zamanda qeyd olunur ki, yaxın günlərdə Yerə daha bir maqnit qasırğası çata bilər. İyulun 23-ü səhər saatlarında Günəş diskinin mərkəzində partlayış baş verib. Bu hadisənin iyulun 26–27-də Yerə təsir edəcəyi gözlənilir, lakin dəqiq vaxtı hələlik müəyyən edilməyib. Bu, G1 səviyyəsində – zəif maqnit qasırğasına səbəb ola bilər.
Xatıaladaqq ki, maqnit qasırğaları Yerin maqnit sahəsindəki pozuntulardır və Günəş aktivliyi ilə əlaqəlidir. Belə qasırğalar meteohəssas insanlarda baş ağrısı, yorğunluq, təzyiqin dəyişməsi kimi hallara səbəb ola bilər. Güclü maqnit qasırğaları həmçinin peyklərin, GPS və radiosiqnalların işinə mane olur, aviasiya və enerji sistemləri üçün risk yarada bilər.