Barmaq şıqqıldatmaq vərdişi haqqında doğru bildiyimiz yalnışlar
Dünən, 16:08
"Barmaqları şıqqıldatmaq vərdişi sağlam insanların oynaqlarına zərər vermir".
Bu barədə fizioterapevt Raul Valdesuso "Vanitatis" nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, barmaqları barmaqları şıqqıldadarkən yaranan səslər oynaq boşluğunda qaz baloncuklarının partlaması nəticəsində meydana gəlir və bu, özlüyündə təhlükəli deyil.
O əlavə edib ki, əgər insan sağlamdırsa, bu vərdiş nə oynaqların aşınmasına, nə də sümük strukturlarının zədələnməsinə səbəb olur.
Bununla belə, fizioterapevt artrit, iltihab və hərəkət məhdudiyyəti kimi problemləri olan şəxslərə bu vərdişdən uzaq durmağı tövsiyə edib.