Yağışla gələn təhlükə: Bitkiləri öldürür, insan qanında toplanır - Alimlər həyəcan təbili çalırlar

Dünən, 15:48           
Yağışla gələn təhlükə: Bitkiləri öldürür, insan qanında toplanır -
"Yağış və qarla birlikdə triflorasetik turşunun miqdarı artır".

Oxu.Az xəbər verir ki, bu barədə "Nature" jurnalında dərc olunmuş məqalədə bildirilir.

Qeyd olunur ki, triflorasetik turşu (TFA) "əbədi kimyəvi maddələr" adlandırılan sintetik birləşmələr qrupuna aiddir. Bu maddələr ətraf mühitdə onilliklər, hətta əsrlər boyu parçalanmadan qala bilir.

TFA ətraf mühitə əsasən sənaye istehsalı və bəzi pestisidlərin parçalanması nəticəsində yayılır.

Məlumata görə, son illərdə bu turşunun miqdarı, məsələn, Almaniyada ağac yarpaqlarında 5-10 dəfə artıb. Bu fakt ekoloqlar arasında ciddi narahatlıq doğurur.

TFA həm suda, həm torpaqda, həm də insan qanında toplanaraq uzun müddət qalıcılığını saxlayır, çünki təbii yollarla parçalanmır. Tədqiqatlar göstərir ki, bu maddə bitkilərin böyüməsini ləngidə və su orqanizmlərinə zərər verə bilər.

Hazırda Avropada alimlər triflorasetik turşunun toksik maddələr siyahısına salınması məsələsini müzakirə edirlər. Çünki bu birləşmənin həm insanların, həm də heyvanların reproduktiv qabiliyyətinə və ümumilikdə ekosistemə mənfi təsir göstərdiyi artıq sübut olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru