Avropanın sanksyaları Rusiya neftinə necə təsir edib?
Dünən, 11:34
Rusiya neftinin qiyməti beynəlxalq bazarlarla müqayisədə əvvəlki illərə müqayisədə ciddi dəyər itirməyib. Argus Media xəbər verir ki, “Urals” markalı neft hazırda Şimal Dənizi bazar göstəricisindən (Dated Brent) cəmi 11,45 dollar ucuz satılır. Bu göstərici Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı hücumundan bəri qeydə alınan ən aşağı səviyyədir.
Bloomberg-in araşdırmalarına görə, bu, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların hələlik ciddi təsir göstərmədiyini göstərir.