Yağış yağmayan şəhərin zəlzələ təhlükəsi VİDEO

Bu gün, 11:59           
Yağış yağmayan şəhərin zəlzələ təhlükəsi  VİDEO
Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Plasa de Armasdakı tarixi fəvvarəsi, qədim Santa Dominqo monastırı, Mirafloresdə əsası eramızdan əvvəl 8-ci əsrdə qoyulmuş piramidası ilə məşhur olan Perunun paytaxtı Lima şəhərindən bəhs edilib.

Sakit okean sahilində yerləşən Lima yüksək rütubətə malik olsa da, burada demək olar ki, yağış yağmır. Peru seysmik zonada yerləşdiyi üçün ildə orta hesabla 850-yə yaxın hiss ediləcək zəlzələ baş verir. Bu səbəbdən əhali uşaqlıqdan fövqəladə hallara hazır olmağı öyrənir. Peru həm də kartofun vətəni sayılır.

Ölkədə 5 min növ kartofun qorunduğu xüsusi laboratoriya fəaliyyət göstərir ki, bu, qlobal kartof ehtiyatı baxımından strateji əhəmiyyət daşıyır. Ölkədə ən prestijli peşələrdən biri isə arxeologiyadır.

Bu sahədə təhsil 5 il davam edir və məzunlar üçün iş tapmaq və yaxşı qazanc əldə etmək nisbətən asandır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru