Yataq xəstəsi 11 gündür həkim yolu gözləyir, TƏBİB isə 4 gündür “araşdırma” aparır

Bu gün, 12:06           
Yataq xəstəsi 11 gündür həkim yolu gözləyir, TƏBİB isə 4 gündür “araşdırma” aparır
Abşeron rayonu Qobu qəsəbəsinin sakini Rauf Mirzəyev Qobu Ailə Sağlamlıq Mərkəzindən şikayətçidir.

TEREF xəbər verir ki, o, Qaynarinfo-ya bildirib ki, anası Nəzakət Əliyeva uzun illərdir yataq xəstəsidir. Hazırda vəziyyəti ağırlaşıb. Sahə həkiminə müraciət edilsə də, o, xəstəyə baxmaq istəmir.
“Sahə həkimi Qobu Ailə Sağlamlıq Mərkəzində işləyir. Dəfələrlər müraciət etmişik ki, gəlib xəstəyə baxsın. Son bir neçə gündə 7 dəfə çağırış vermişik. Amma nəticə yoxdur”, deyə Rauf Mirzəyev bildirib.
Şikayətçinin sözlərinə görə, Qobu Ailə Sağlamlıq Mərkəzinin tabe olduğu Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxovanın qəbulunda olub: “Səkinə xanım tapşırıq verib ki, xəstə nəzarətdə saxlanılsın. Lakin sahə həkimi tapşırığa məhələ qoymur. Hətta TƏBİB-də qəbulda olmuşam. Onlar da deyib ki, xəstə həkim nəzarətində olmalıdır. Tapşırırlar, amma həkim gəlmir”.
Şikayətçinin iddiaları ilə bağlı əməkdaşımız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mövqeyini öyrənməyə çalışıb. Qurumdan məsələ ilə bağlı rəsmi sorğu göndərilməsi istənilib.

Artıq sorğunun üzərindən 4 gün ötsə də, TƏBİB-dən hələ də cavab almaq mümkün olmayıb. Ümumilikdə, xəstə 11 gündür həkimin yolunu gözləyir, TƏBİB isə 4 gündür apaşdırma aparıb çıxış yolu tapa bilmir.
Xatırladaq ki, TƏBİB-in icraçı direktoru hələ də Vüqar Qurbanovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru