Turizm agenti yüzlərlə müştəridən milyonlarla pul alıb yoxa çıxdı

Bu gün, 11:58           
Turizm agenti yüzlərlə müştəridən milyonlarla pul alıb yoxa çıxdı
Rusiyada turizmlə bağlı maraqlı fırıldaq hadisəsi baş verib.
İqtisadiyyat.az SHOT-a istinadən xəbər verir ki, Rusiyanın bütün bölgələrindən gələn 200-dən çox turist Tuladan olan bir turizm agentinin cəlbedici təklifləri ilə şirnikləndirilərək səyahət paketlərindən olub və pulsuz qalıblar. Belə ki, qız müştərilərindən pul aldıqdan sonra və onlarla ünsiyyəti kəsib.

Nəşrin məlumatına görə, söhbət "TurBarİbiza" şirkətinin təsisçisindən gedir.

"Aldadılan turistlər Türkiyə, Misir, Kuba və Baliyə səyahət paketi aldıqlarını, lakin vəd edildiyi istirahətə gedə bilmədiklərini bildiriblər. Agent həmçinin onlara rus estrada ulduzlarının qonaqlar üçün çıxış edəcəyi yaxşı otellərdə ucuz qiymətə istirahət etməyi də vəd edib. Paketin pulunu aldıqdan sonra qız müştəriləri ilə ünsiyyətini dayandırıb. Media mənbələri turizm işçisinin psixiatrik xəstəxanaya yerləşdirildiyini bildirib", - nəşr yazıb.

Artıq iyirmi ailə polisə müraciət edərək ondan şikayət edib və keçirə bilmədikləri tətil üçün qanuni təzminat tələb etmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru