Məşhur "Starbucks"un Cənubi Koreyadakı qəhvəxanalarında müştərilər üçün yeni maraqlı qaydalara dair lövhələr asılıb. İqtisadiyyat.az UPI-yə istinadən xəbər verir ki, bundan sonra müştərilərə kompüterlər, printerlər, çoxsaylı çıxışları olan uzatma kabelləri və digər cihazlar quraşdırmaq qadağan edilib. Bundan əlavə, şəxsi əşyaları uzun müddət masalarda nəzarətsiz qoymaq da qadağandır.
"Bu tədbirlər qondarma "cagongjok"a - adı Koreya dilində "kafe", "təhsil" və "tayfa" sözlərindən götürülən xüsusi müştərilər qrupuna yönəlib. Bu, qəhvəxanalarda saatlarla vaxt keçirən, öz işləri ilə məşğul olan və ya təhsil alan və gətirdikləri avadanlıqları ilə əhəmiyyətli yer tutan insanlara verilən addır. Onlar xalq arasında “qəhvəxana squattersləri” kimi də tanınırlar.
"Starbucks"un bu qalmaqallı qərarı, bəzi müştərilərin çoxsaylı şikayətlərinə səbəb olub.