Kor görücü Vanqanın 2016-cı il üçün söylədiklər doğru çıxırmı? - sensasional təfərrüat
15-11-2016, 09:56
Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsi ilə Vanqanın öncəgörmələri yenidən dünya mediasının gündəmindədir. Belə ki, iddialara görə o, ABŞ-ın 44-cü prezidentinin son prezident olacağını demişdi. Və məhz buna görə də Vanqa dünya mediasının gündəminə yenidən gəlib.
Hər kəs doğrudanmı onun dediyi kimi olacaq sualını verməkdədir. Trampın qələbəsindən sonra ABŞ-da etiraz aksiyalarının olması bu ehtimalı doğruldurmu?
Vanqa kimdir?
1911-ci ildə Bolqarıstanda dünyaya gələn Baba Vanqa 1996-ci ildə vəfat edib. Əsl adı Vangeliya Guşterova olan Vanga 16 yaşında olarkən ildırım çarpması nəticəsində görmə qabiliyyətini itirir. Bundan sonra verdiyi məlumatlar və öncəgörümlərlə əlaqədar dünyada məşhur olur. İkinci dünya müharibəsində Hitler şəxsən özü onu ziyarət etmiş, hətta Sovet KQB-sinin belə ondan bilgilər aldığı iddia edilir.
1952-ci ildə Stalinin öləcəyini xəbər verdikdən sonra həbsə alınır. 6 ay sonra, Stalin öldükdən sonra isə azad edilir. O, Sovetlər birliyinin çökməsini, hətta Diananın ölümünü belə öncədən görmüşdü.
Vanqanın "gerçəkləşən" ən məşhur öncəgörümləri
1950 -ci ildə Qlobal istiləşməni və 2004 Sunami fəlakətinin olacağını demişdi.
"Balkanların Nostradamusu" kimi tanınan Vanqa iqlim dəyişikliyi və onun gətirəcəyi fəlakətlər barədə də xəbər vermişdi. "1950-ci illərin sonunda böyük buz dağları əriyəcək və temperatur qalxacaq". Ona inanlara görə Vanqanın "böyük dalğa sahillərə düşəcək, insanlar və şəhərlər su altında qalacaq" bildirimi 2004-cü ildəki sunami faciəsini göstərib.
1989-cu ildə 11 Sentyabr 2001-ci ildə "uçan quşların" ekiz qüllələrə terror hücumu edəcəyini demişdi.
11 Sentyabr hadisələri, 2004-cü ildə baş vermiş sunami, Fukuşima nüvə stansiyasında baş verən qəza və İŞID belə Vanqanın dəhşətli öncəgörümlərində yer alıb.
"Avropa dağılacaq və boş qitə olacaq" - Breksitimi nəzərdə tuturdu?
Vanqaya görə Avropa 2016-cı ilinin sonunda dağılacaq. Bu dağılma əhalinin kontinenti sistemli olaraq tərk etməsi ilə başlayacaq və nəticədə "hər hansı formada həyatın olmayacağı qitə" olacaq. İndi dünya mediasında Böyük Britaniyanın Avropa Birliyindən çıxması prosesin başlanğıcıdırmı, sualı dolaşmaqdadır. Vanqaya inananlar tezliklə Avropada müharibə ola biləcəyindən narahatdırlar.
İŞID meydana gələcək
Vanqa 2010-cu ildə "Ərəb baharı" ilə başlanan və "Müsəlmanların Avropalılara qarşı kimyəvi silahdan istifadə edəcəyi" Suriyada bitəcək "Böyük Müsəlman müharibəsi"nin olacağını demişdi. "Bu müharibə 2043-cü ildə Romada xəlifəliyin elanı ilə kulminasiya nöqtəsinə çatacaq",- deyə o, bildirmişdi.
Bəli dramatik səslənsə də, son hadisələr düşündürücüdür . Belə ki, İŞID Avropaya yaxın Liviyanın Aralıq dənizi sahilindəki və Qəzzafinin doğulduğu şəhər olan Sirteni tutdu və hal-hazırda şəriət qanunları ilə idarə olunur. İŞİD Suriyada və İraqda da böyük ərazilər işğal edib. Suriyada böyük müsəlman müharibəsinin olacağı da Vanqa öncəgörümlərindən biri idi.
Obamanın seçilməsi
Vanqa ABŞ-da qaradərili prezidentin seçiləcəyini və 44-cü prezidentin ABŞ-ın axırıncı prezidenti olacağını demişdi. Doğrudanmi belə olacaq? Hər-halda, bunu çox yaxın gələcək göstərəcək.
Vanqanın bundan sonrakı illər üçün öncəgörümləri:
- 2018: Dünyanın super gücü Çin olacaq;
- 2023 : Yer kürəsində qeyri-müəyyən dəyişiklik olacaq;
-2026: Avropada əhalinin sayı kəskin dərəcədə azalacaq;
-2028: Yeni bir enerji növü ixtira ediləcək. Aclıq riski azalacaq. İlk dəfə kosmik gəmi ilə insan Veneraya yola düşəcək;
-2033: Qütblərdəki su əridikcə okeanlardakı suyun səviyəsi artacaq;
-2043: Dünyanın iqtisadi vəziyyəti düzələcək. Müsəlmanlar Avropaya rəhbərlik edəcək;
-2046: Xəstə orqanlar yeniləri ilə əvəz ediləcək və bu, ən sadə əməliyyat olacaq;
-2076: Kommunist sistem dünyada yenidən qurulacaq.
-2084: Təbiət yenidən canlanacaq;
-2111: İnsanlar yaşayan robotlar olacaq;
-2170: Böyük quraqlıq olacaq;
-2256:Kosmik gəmi dünyaya xəstəlik gətirəcək;
-2262: Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsilə üzləşəcək;
-2288: Zaman yolçuluğu başlayacaq, yad planetlilərlə yeni təmaslar olacaq;
-2299: Fransada islama qarşı üsyan başlayacaq;
-2480: İnsanın süni yaratdığı iki günəş toqquşacaq. Dünya yenidən qaranlıqda qalacaq;
-3005: Marsda savaş başlayacaq;
-3797:Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar.