Bakıda mason məbədi? - Video

16-11-2016, 01:07           

"Quql məp"də axtarış zamanı Bakıda müəmmalı məkan aşkar edilib. "Mason məbədi" adlı ekranda görünən bu yer insanları təşvişə salıb. İnternetdə "mason məbədi" axtarışa verildikdə, “Sədərək” ticarət mərkəzinin piramida formalı bir hissəsi ortaya çıxır.

Ərazidə ticarətlə məşğul olanlar bunun kim tərəfindənsə qəsdən edildiyini deyirlər. Ticarət mərkəzinin sözçüsü məsələdən xəbərdar olduqlarını, amma o adın necə ora düşdüyündən xəbərsiz olduqlarını bildirir.

Satıcılar da burda belə bir məbəd haqqında heç bir məlumatları olmadıqlarını deyirlər.

Quqlın xəritə funksiyasına məkan əlavə etmək həftələrlə vaxt aparan məsələdir. Görünən odur ki, ticarət obyektini mason məbədi kimi qeydiyyatdan keçirmək kimlərinsə marağında olub.

İnternet üzrə ekspert Elçin Məmmədov təkzib edildiyi halda həmin yer adını silməyin mümkün olduğunu bildirir.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi açıqlama verib. Mətbuat xidmətindən verilən məlumata görə, bu adda məbəd dövlət qeydiyyatından keçməyib. Ümumiyyətlə, Dövlət Komitəsinə bu adla qeydiyyat üçün hansısa qurumdan müraciət daxil olmayıb.

Axar.az Xəzər Xəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.