Pis qoxulu mənzərə... Yerli turistin gördüyünü xarici turist də görür, məsul qurumlar görə bilmir - Video

Bu gün, 11:16           
Pis qoxulu mənzərə...
Məişət tullantılarını idarə edə bilmək hər bir vətəndaşın borcudur. Sadə dillə desək, hər bir şəxs öz tullantısını küçəyə deyil, tullantılar üçün ayrılmış urnalara atmalıdır. Amma təəssüf olsun ki, hərkəs bu mədəniyyətə sahib deyil və hər kəs evində necə davranırsa, küçədə, yolda, parkda hər yerdə eyni davranır.
Bir müdddət əvvəl yolumuz Mərdəkan qəsrindən düşmüşdü. Qəsrin təmirə ehtiyacı olduğu haqqında artıq qeyd etmişik. Bir vəziyyət diqqətimizdən qaçmadı. Bu qəsrin ərazisinə aid deyil. Amma heç xoş görüntü deyildi. Ətrafda məişət tullantıları qalaqlanmışdı. Su şüşələri, salfetka, kağız və s. tullantılar kənarda yığılaraq xoş olmayan görüntü yaradırdı. Görünən odur ki, Mərdəkan məişət tullantılarını toplamaq məsuliyyəti daşıyan qurumlar öz vəzifələrini lazımi qaydada icra edə bilmir.

Tarixi abidələrin yerləşdiyi ərazilərdə təmizliyə xüsusi diqqət edilməlidir. Çünki bura təkcə azərbaycanlılar deyil, həm də əcnəbilər gəlir axı. Yerli əhali hansısa səbəbdən göz yuma bilər, bəs əcnəbi vətəndaş? Düşünün ki, bu videonu mənim kimi yerli turist deyil, hansısa əcnəbi turist çəkib və deyir: “Mərdəkan qəsrində olduq, qəsrin təmirə ehttiyacı var. Qəsrdən kənarda isə məişət tullantıları toplanıb”. Heç xoş deyil, sanki. Sizcə də elə deyilmi?

İradə Cəlil, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru