Tarixin ən əxlaqsız doqquz qadını – FOTOLAR
2-04-2017, 12:34
teref.az Kulis.az-a istinadla tarixin ən əxlaqsız doqquz qadınını təqdim edir.
1. Valeriya Messalina
Valeriya az yaşasa da, parlaq həyatı olub. O, Roma imperatoru Klavdiyanın arvadı idi, amma bu onun gecələr fahişəlik etmək üçün sarayı tərk etməyinə mane olmurdu. Valeriyanı pul maraqlandırmırdı, bunu “peşəsinə” sevgidən edirdi! O, hətta bir gecəyə bir gəminin ekipajını belə təmin edə bilərdi. Bir dəfə başqa bir məşhur fahişə ilə bir gecəyə xidmət göstəriləcək kişilərin sayı barədə yarışa girir və Valeriya qalib gəlir! Həyat yoldaşı uzun müddət onun davranışlarına fikir vermir, ancaq sevgililərindən birinə ərə getmək istədikdə dözmür, onu öldürtdürür.
2. I Yelizaveta
I Yelizaveta nadir gözəlliyə malik idi. O, təhkimçilikdən azad edilmişdi. İyirmi yaşı olanda onlarla sevgilisi var idi və çariça bu sevgililərinə səxavətlə titul və vəzifə paylayırdı.
3. Qala Dali
Qala Dali (əsl adı Yelena Dyakonovadır) Salvador Dalinin həyat yoldaşı idi. Onların münasibəti azad sevgi prinsipləri üzərində qurulmuşdu. O, fantaziyalarını həyata keçirməkdən çəkinmirdi, bunların arasında üç nəfərlə seks də vardı. Qala qocaldıqdan sonra kişilərin diqqətini pulla cəlb etməyə başlamışdı. Pul bəs etməyəndə isə qadın ərinin tabloları ilə ödəniş edirdi.
4. Covanna Neapolitanskaya
Neapol kraliçası olan Covanna yatağını eyni vaxtda bir neçə kişi ilə bölüşməyi xoşlayırdı. Artıq 17 yaşında olanda öz sarayını fahişəxanaya çevirmişdi. Bu xarakteri ilə birlikdə kraliça incəsənətə də valeh idi. O, Bokaççonun erotik novellalarının ilk oxucularından sayılırdı, yazıçı gecələr ona əsərlərini oxuyurdu.
5. Qrafiniya Dübarri
15 yaşına qədər monastrda yaşayan qız bütün gün dua etməklə məşğul idi. O, sonralar monastrı tərk etmək qərarına gəlir və bərbərliklə məşğul olmağa başlayır. Amma salon sahiblərinin oğlanları ilə eşqbazlıq etməsi onların xoşuna gəlmirdi. Buna görə də qızı işdən qovurdular. Özünə Manon Lanson təxəllüsü götürən qız bütün Parisdə şəhvətpərəst kurtizanka kimi tanınırdı. Onun qoynunda bir çox markiz və hersoqlar dinclik tapmışdı. Onlardan biri isə gələcəyin qrafiniyasını pozğun XV Lüdoviklə tanış etmişdi.
6. Knyaz qızı Saltıkova
Mariya Alekseyevna təkcə gözəl yox, həm də ağıllı xanım idi. Kişilər arasında olduqca məşhur olan knyaz qızı gecəni əsgər kazarmasında keçirməyi çox sevirdi. Bəzi tarixçilərə inansaq Saltıkovanın 300-dən artıq sevgilisi olub.
7. Kleopatra
Misirin çariçası kişilərin ondan nə istədiyini çox yaxşı bilirdi. Bununla belə çariça ilə bir gecə yaşamaq çoxlarına həyatı bahasına başa gəlirdi.
8. Markiza de Pompadur
Hələ 9 yaşında olanda ona kral XV Lüdoviklə tanış olacağını demişdilər. Belə də oldu. Özünün gözəlliyi və inadcıllığı sayəsində kralın sevimlisi oldu. Bu imkandan istifadə edərək dövlət işlərinə təsir edirdi. Bəzi məlumatlara görə bir gecəyə on dəfə sevişə bilirdi, özü də müxtəlif kişilərlə.
9. Mariya Antuanetta
Fransa kraliçası və XVI Lüdovikin həyat yoldaşı Mariya Antuanetta məşhur pozğunlardan idi. Fimozdan əziyyət çəkən kral yoldaşını təmin edə bilmir, Mariya isə özünə kənarda təsəlli tapırdı. O, bal və maskaradlara özünü təmin edəcək kişi axtarışına çıxırdı. Deyilənə görə kraliça insestdən də çəkinmir, öz oğlunu belə yoldan çıxarmışdı.