İnformasiya müharibəsi; İTİRDİKLƏRİMİZ VƏ QAZANDIQLARIMIZ /VİDEO
3-04-2017, 12:37
teref.az hərbi ekspert ehtiyatda olan zabit Abuzər Əbilovun araşdırmasını sizə təqdim edir:
Bu anlam özündə bir çox çətin və vacib faktorları birləşdirən, müharibə aparan dövlət, qoşun və ordu üçün ən çətin anlamdır ki, əsasında daha qanlı və ağır mübarizə durur. Bu mübarizə əsasən Qərb dövlətlərinin praktikasında baxanda mülki və hərbi strukturlar tərəfindən aparılır. ABŞ ordu komandanlıqlarının tərkibində "Psixoloji və informasiya müharibəsi " strukturları mövcuddur ki, bu strukturlar əsasən müharibənin, hərbi əməliyyatların başlanması dövründən çox əvvəl apraılan əməliyyatların mahiyyətini həm daxili, həm də xarici auditoriyaya sirayət edir. Cünki bir çox dövlətlərdə həmçinin ABŞ da hökumət aparacağı əməliyyatları əhalisinə və xarici auditoriyaya anlatmağa borcludur. Bu həm siyasi, həm də təhlükəsizlik baxımından vacibdir. Çünki hərbi siyasi arenada, aparacağın savaşın aspektlərini,onun doğruluğunu, irəli cıxacaq fəsadlarını, düşmənin edə biləcək hər bir hərəkətini, savaşda qazanılacaq və uduzulacaq bütün faktorları, ən əsası isə düşmənin əks informasiyasının qarşısını almaq vacibdir.
Çünki əgər bu faktorlar olmazsa, döyüş çölündə qazanılmış qələbə, arxa cəbhədə baş verən inamsızlıq, şaiyə və xaos fonunda hecə enər və qələbə öz qiymətini itirməklə yanaşı, həm qoşunlarda, həm də cəmiyyətdə psixoloji problemlərə gətirib cıxara bilər. Yaxın günlərdə ehtiyatda olan polkovnik-leytenant Nazim Bayramın "Aprel döyüşləri bizə nə verdi" kimi analitik yanaşması üzün zaman daxilimizdə və xarici aspektdə baş alıb gedən informasiya catışmamazlığına qarşı böyük bir həmlə oldu.
Bəli, xalq arasında, bir cox məmur və strukturlarımızın günahı üzündən, həm daxildə, həm də xaricdə bu savaşın "təpə almaq, əsgər-zabit qırmaq, alınanları vermək" kimi fikirlər tüğyan etməkdə idi. Lakin kicik qrup şəklindədə olsaq bu səddi yarıb kecə bildik. Hərbi Bloger Tofiq ShahMuradovun bu filmi ayaq acdığı gündən, bir cox Savaş insanlarının və vətəndaşlarımızın arzusunda olduğu "informasiya mübarizəsi"ndə qələbəsidir. Bu film cox çətin yarandı. Çox baryerlər keçildi, çox əziyyətlər, yuxusuz gecələr, fiziki və psixoloji zəhmət bahasına başa gəldi. Lakin manevrlərdəki çətinlik qələbənin rəhnidir. Hələ də bir çox strukturlarımız, daxilində bu işə məsul olan adını çəkmək istəmədiyim Nazirliklərimiz bu kimi faktorların vacibliyini dərk etməkdə gecikir. Lakin savaş və qələbənin rəhni tək silah, sursat, ərzaq və texniki vasitələr deyil. Qələbə -psixoloji mübarizədə əzm və təpki göstərənindir.
Öz tərəfimdən filmin yaradıcısı olan Tofiq Şahmuradovu, bütün zəhməti olan insanları, nazirimiz Zakir Həsənovu və MN -in bu işdə zəhməti olan bütün zabit və gizirlərini təbrik edirəm. Həmçinin özümü də.
Yolumuz haqqdır və bu yolda yorulmayan dizimiz var. Çünki dilimizin şuarı və qəlbimizin səsi bir şey deyir:
VƏTƏN SAĞ OLSUN !
Ehtiyatda olan zabit Abuzər Əbilov
teref.az
[media=https://www.youtube.com/watch?v=OyKDY-HTDSY]