Bibliyada çox şeylər çox erkən şumer mətnlərindən götürülmüşdür.
16-04-2017, 20:53
Şumerlər erasında yerli əyanların saraylarında (qəsrlərində) dini mətnlərin böyük arxivləri toplanmış və əsrlər boyu çox yaxşı saxlanmış və yenidən yazılırdı. Belə toplular əvvəlcə qədim hökmdarlar tərəfindən yaradılırdı. Məlum olan böyük kitbxanalardan biri assuriya hökmdarı Aşşurbanipal (bizim eradan əvvəl 669-633-cü illərdə) tərəfindən saray bağında tikilmişdir. Bu saray təxminən 90 il hökmdar iqamətgahı olmuş Ninevidə yaradılmışdı. Aşşurbanipal dövründə "bütün torpaqlar sülh evi idi", demək olar ki, müharibələr yox idi, boş vaxtlarda hökmdarlar öz yaratdıqları kitabxanalara baş çəkirdilər.
Assuriya Şumer sivilizasiyasının varisi oldu və Aşşurbanipalın kitabxanaçılarının vəzifələri əvvəlki müdriklərin sağ qalmış əsərlərinin hamısını bir yerə yığmaq idi. Hökmdar əmr etdi ki, yeni əldə olunan materialları diqqətlə araşdırsınlar: "Arxivlərdə Assuriyada olmayan qiymətli cədvəlcikləri tapsınlar və mənə göndərsinlər... Mən məmurlara yazdım... və heç kim bizdən bir dənə də olsun cədvəlcik gizlətməməlidir və siz əgər mənim sizə yazmadığım, amma sizin fikrinizcə mənim sarayım üçün faydalı ola bilən nə tapsanız əldə edin və mənə göndərin".
Toplanmış çoxlu materiallar artıq ölmüş Şumer dilindəki materiallar idi. Materialı assuriya dilinə çevirməyi tapşırılan mirzələrə kömək məqsədi ilə yüzlərlə sözlər siyahısı və bütöv lüğətlər hazırlandı. Assuriyalıların bu ciddi əməyi şumer ədəbiyyatını müasir alimlər üçün əlçatan etmişdir.
Mesopotamiyanın kitabxanaçıları həmçinin informasiya elmində ilk addımı atmışdılar. Lövhələrdə yazılmış mətnlər ciddi ardıcıllıqla nömrələnmişdi; çox vaxt sonuncu lövhədə bütün mətnin qısa xülasəsi, həmçinin mətni köçürənin adı yazılır. Cədvəllər rəflərdə və ya səbətlərdə yığılır və gil birkalar bərkidilir; həmçinin içərisində cədvəllər olan səbətlərin kataloqları tərtib olunmuşdu.
Aşşurbanipal hökmdarın kitabxanaları öz kitablarının gilli səhifələrində Şumer və Akkad mədəniyyətinin bütün zənginliyini saxlayırdı. "Gil kitablar dünyaya deyirdi ki, müdrik Vavilon riyaziyyatçıları təkcə 4 hesab əməlini bilməklə məhdudlaşmırdılar. Onlar faizi asanlıqla hesablaya, müxtəlif həndəsi fiqurların sahəsini ölçə bilirdilər. Onlarda mürəkkəb vurma cədvəli mövcud idi, onlar kvadrata vurmanı və kvadrat kökdən çıxarmanı bilirdilər. Bizim yeddi günlük həftəmiz də Çaylararasında yaranmışdır, eyni zamanda səma cisimlərinin quruluşu və hərəkəti haqqında müasir elmin əsası da orada qoyulub.
Şumer incəsənəti stili Assuriya və Vavilon sivilizasiyaları tərəfindən qəbul olunmuşdur. Fars hakimiyyəti yarandıqdan sonra yeni adətlər, qanunlar və inanclar yarandı. Vavilon paytaxtlıqdan çıxdı, saraylar boşaldı, zikkuratlar tədricən xarabalıqlara çevrildi.
Mesopotamiya mədəniyyətinin bir çox uğurları qonşu xalqlar, o cümlədən yunanlar və qədim yəhudilər tərəfindən assimilyasiya olunmuş və yaradıcı olaraq işlənmişdir. İlahi cənnətin bibliya ideyası şumerlərdən götürüldüyünü cənnətin yerləşdiyini yer də deyir: Bibliyada birbaşa qeyd edilir ki, bibliya cənnətində axan çaylar Mesopotamiyada yerləşir. Bibliyada çox şeylər çox erkən şumer mətnlərindən götürülmüşdür.
İnsanın gildən yaranmasını, xeyir və şəri anlama ağacı haqqında şumerlər fikirləşiblər, ümumdünya su basması və insanlardan birinin Nuhun gəmisini tikərək gəmiyə öz ailəsini və hər bir heyvanı cüt olaraq götürməsi haqqında yazmışlar.
Kosmoqoniya, insanı gildən yaratmaq və yaradanın istirahəti həm şumer inanclarında, həm də Bibliyada demək olar ki, növbə ilə uyğun gəlir. Lakin biz çox vaxt yəhudi dini interpetasiyasında rast gəlirik. Allah Yaxve deyir: “İnsanı bizə bənzər və bizim kimi yaradaq və qoy balıqlar... və qanadlılar... və heyvanlar və bütün yer üzərində sahib olsun” (Varlıq Kitabı 1). Vavilon qaydası ilə yaradılmış və vavilon qaydası ilə gildən yaranmış insan yəhudi interpretasiyası alır. O, Yaradanın replikasında ifadə olunur və şumer “allahın qulundan” köklü dərəcədə fərqlənir – onunla ki, insan yer üzərində nə varsa onun sahibidir. Artıq bu, şumerdə olduğu kimi deyil, yəhudi interpretasiyasıdır və avropasayağıdır və bu kolonizator hökmranlığı artıq bir neçə on illərdir ki, bəşəriyyəti qlobal ekoloji fəlakət ilə qorxudur. İnsanın allaha bənzərliyi, onun yer, bitkilər, heyvanlar, hava və sudan istifadə hüququ buna gətirib çıxarmışdır. Bütövlükdə qeyd etmək lazımdır ki, Mesopotamiyanın mədəni təcrübəsi təkcə neqativ yox və pozitiv interpretasiyalarda müasir dünya mədəniyyətində istifadə olunur.
Hələ də dünya mədəniyyətində Vavilon haqqında yaddaş dünyanın yeddi möcüzəsindən biri kimi saxlanılır. Onun haqqında bir qədər ətraflı danışaq. Vavilon Dəclə sahilində, bu çayın Fərat çayı ilə yaxınlaşdığı yerdə salınmışdı. Bu yer çox əlverişli idi. Herodot yazırdı ki, “Vavilon geniş düzənlikdə yerləşir, böyük şəhər kvadrat formasındadır. O dünyada mövcud olan istənilən şəhərdən təkcə ölçüsü ilə yox, həm də gözəlliyi ilə üstündür.” Şəhərdə bürüncdən tökülmüş 100 qapı var idi. Əsas şəhər divarı elə geniş idi ki, onun daxili və xarici tərəflərində iki sıra bir otaqlı binalar yerləşirdi və onların arasından keçən yolda 4 at qoşulmuş araba dönə bilirdi.
Çaylarla tacirlər böyük qayıqlarda və sallarda buraya yerli əhaliyə lazım olan mal gətirirdilər. Tacirlər onları Cənubi Çaylararasında istehsal olunan məhsullar ilə dəyişirdilər. Çaylararasının baş yolları Vavilondan keçirdi. Bu yolla məhsullarla yüklənmiş eşşək karvanı keçirdi. Vavilon təkcə Qədim Şərqin ən böyük və zəngin şəhəri və qüdrətli dövlətin paytaxtı idi. Şəhərin mərkəzində örtülü qalereyaları və mallar üçün ambarları olan bazar yerləşirdi; şəhərin kənarlarında sənətkarların, hambalların, matrosların palçıqdan komaları var idi.
Bizim eradan əvvəl 1792-1750-ci illərdə Vavilonda Xamurappi hökmdar idi. Onun zamanında bütün əhali üçün məcburi olan qanunlar yazılmışdı – Xamurappi Kodeksi.
Ardı var...
Mənbə: Т.С.Георгиева. Древние цивилизации. Быт, культура и традиции народов. Москва, АНО «Диалог культур», 2011. 416 с.